Pedaqoji Universitetin Şamaxı filialında “Məzun günü”
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Məzun günü” keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filialın direktoru dosent Tünzalə Yusifova məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra müəllim və tələbələr ürək sözlərini söyləyiblər.
Daha sonra təhsil aldıqları müddətdə universitetin ictimai həyatında fəallıq göstərən məzunlara təşəkkürnamə təqdim olunub.
“Məzun günü” bədii hissə ilə davam edib.