Professor Hamlet İsaxanlının “Moy Karabax ili Karabaxskiy uzel” kitabı çapdan çıxıb
Bakı, 8 sentyabr, AZƏRTAC
Professor, akademik Hamlet İsaxanlının “Moy Karabax ili Karabaxskiy uzel” (Mənim Qarabağım və ya Qarabağ düyünü) kitabı Xəzər Universitetinin nəşriyyatında çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Kitab Azərbaycan və Ermənistan arasındakı münasibətlərin tarixi, xüsusilə son dövrdə baş verənlər, müəllifin öz müşahidələri, mətbuatda yazılanlar və s. məsələlərə həsr olunub. Kitab “Giriş” də daxil olmaqla 40 bölmədən ibarətdir. Geniş ədəbiyyat siyahısı, şəxs və yer adlarının indeksi verilib.
Qeyd edək ki, kitab Azərbaycan dilində ilk dəfə “Xəzər Xəbər” jurnalının 2021-ci il yanvar-iyun nömrələrində, sonra Xəzər Universitetinin nəşriyyatında, ingilis dilində “Khazar Journal of Humanities and Sosial Sciencess” (“Xəzər humanitar və sosial elmlər jurnalı”) nəşrinin xüsusi buraxılışı kimi (Cild 24, № 4) çap edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2026 [19:33]
Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixləri açıqlanıb
- 16.05.2026 [17:18]
“Şəhər yaşıllıqlarında landşaft memarlığı üslubu” mövzusunda konfrans
- 15.05.2026 [21:53]
Tovuzda tədris prosesi izlənilib, vətəndaşların müraciətləri dinlənilib
- 15.05.2026 [18:51]
Ədəbiyyat Muzeyində Xalq şairi Səməd Vurğunun 120 illiyi qeyd olunub
- 15.05.2026 [18:43]
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş virtual sərgi hazırlanıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
16 May - Beynəlxalq İşıq Günüdür
- [15:28]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Həmişə işıqlıqda!
- [11:22]
Sabah Bakıda WUF13 başlayır
- [10:05]