“QUM HAMAMI”NIN BƏRPASI BAŞA ÇATMAQ ÜZRƏDİR
AZƏRTAC Mədəniyyət və Turizm Nazirliyinə istinadla xəbər verir ki, nazirliyin təşəbbüsü ilə Pirşağı qəsəbəsindəki “Qum hamamı”nda bərpa işləri başa çatmaq üzrədir.
Yerli əhəmiyyətli memarlıq abidəsi olan hamamın bərpasına cari ilin aprelindən başlanmışdır. Abidə yerli əhali arasında “Qum hamamı” kimi tanınır. XIX əsrdə Pirşağı qəsəbəsinin sakini Hacı Şahverdi tərəfindən inşa edilmişdir. Memarlıq abidəsinin mühafizə edilməsi məqsədi ilə divarların bərpası və hörgünün möhkəmləndirilməsi, günbəzlərin, dam örtüyünün təzələnməsi, abidənin ərazisinin hasarlanması və abadlaşdırılması başa çatmaq üzrədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]
Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə
- 09.09.2026 [10:33]
Aleksandr Şarovski - görkəmli teatr xadimi, böyük ustad
- 08.09.2026 [22:07]
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Dayanıqlı Moda Nümayişi VİDEO
- 08.09.2026 [18:24]