İDMAN


Qadın sablyaçılardan ibarət Azərbaycan millisi Fransada keçiriləcək dünya kubokuna hazırlaşır

Bakı, 28 oktyabr, AZƏRTAC

Qadın sablyaçılardan ibarət Azərbaycan yığma komandası Ukraynanın Kiyev şəhərində təlim-məşq toplanışındadır. Oktyabrın 24-də başlamış təlim-məşq toplanışı noyabrın 6-dək davam edəcək.

AZƏRTAC xəbər verir ki, toplanış noyabrın 9-dan 11-dək Fransanın Orlean şəhərində keçiriləcək qılıncoynatmanın sablya növü üzrə qadınlar arasında dünya kubokuna hazırlıq xarakteri daşıyır.

Məşqlərdə sablyaçılarımızla birgə Türkiyə idmançıları da iştirak edir. Şəxsi və komanda üzrə keçiriləcək yarışda ölkəmizi Sevil və Sevinc Bünyatova bacıları, Səbinə Kərimova ilə Aysel Əhədova təmsil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.