ELM VƏ TƏHSİL


“Qafqazda nəqliyyatın inkişafı” kitabı çapdan çıxıb

Bakı, 11 aprel, AZƏRTAC

Azərbaycan Universiteti ictimai elmlər kafedrasının professoru Qabil Əliyevin “Qafqazda nəqliyyatın inkişafı” kitabı çapdan çıxıb. Universitetdən AZƏRTAC-a bildirilib ki, kitabda XVIII əsrin sonu - XIX əsrin başlanğıcında regionun Rusiya imperiyası tərəfindən işğal olunması ərəfəsində və sonrakı yüzillikdə ənənəvi karvan yollarının vəziyyəti, Xəzər və Qara dəniz sahillərinə, Qafqazın inzibati mərkəzinə çevrilən Tiflisə və Rusiyanın Avropa hissəsinə doğru yolların əhəmiyyətinin artmağa başlaması, Kür çayında və Xəzər dənizində gəmiçiliyi inkişaf etdirmək tədbirləri araşdırılıb.

Müəllif kitabda imperiya miqyasında ilk dəmir yollarının çəkilməsi və Qafqazda dəmir yolları inşası haqqında layihələr və onların reallaşdırılması sahəsində tədbirlərdən geniş şəkildə bəhs edib. Əsərdə XIX əsrin sonu - XX əsrin ilk onilliklərində dəmir yolu nəqliyyatının və şoseləşdirilmiş yolların iqtisadi, sosial və mədəni həyata təsiri məsələləri tədqiq edilib. 400 səhifədən ibarət kitabın elmi redaktoru akademik Yaqub Mahmudov, rəyçiləri professor Camal Mustafayev, tarix elmləri doktorları İradə Bağırova və Sevinc Əliyevadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.