“Nyukasl”la oyunda “Qarabağ” azarkeşləri üçün ayrılmış biletlərin sayı və qiyməti açıqlanıb
Bakı, 9 fevral, AZƏRTAC
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İngiltərədə keçiriləcək “Nyukasl” - “Qarabağ” oyununa qonaq komandanın azarkeşləri üçün biletlər satışa çıxarılıb.
Ağdam klubundan AZƏRTAC-a verilən məlumata görə, azərbaycanlı fanatlar üçün ayrılmış vauçerlərin qiyməti 115 manat təşkil edir.
Bildirilib ki, vauçerlər ilkin olaraq iTicket.az-dan əldə ediləcək, oyun gününə qədər isə göstərilən e-mail ünvanına göndəriləcək.
Matçın keçiriləcəyi “Sent Ceyms Park” stadionunda “Qarabağ” azarkeşləri üçün 2466 yer ayrılıb.
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-dən 25-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]