"Fənərbağça"nın sabiq futbolçusu ölkəsində xəstəxana istifadəyə verib
Bakı, 9 fevral, AZƏRTAC
Nigeriya millisinin və Türkiyənin "Fənərbağça" klubunun sabiq hücumçusu Emmanuel Emenike təqdirəlayiq addım atıb.
AZƏRTAC xəbər verir ki, o, ölkəsinin İmo ştatının Overri şəhərində öz adını daşıyan müasir xəstəxana kompleksini istifadəyə verib.
Keçmiş futbolçu bu xəstəxananı yerli əhaliyə tibbi yardımı əlçatan etmək və bölgədəki səhiyyə sistemini yaxşılaşdırmaq məqsədilə inşa etdirib.
Xatırladaq ki, Emmanuel Emenike peşəkar futbolçu karyerasını 2019-cu ildə bitirdikdən sonra biznes fəaliyyətinə başlayıb. Onun sonuncu klubu Belçika təmsilçisi "Vesterlo" olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]