Rusiya portalı Bakının on yaraşıqlı binasının icmalını təqdim edib
Moskva, 9 fevral, AZƏRTAC
Rusiyanın “Vseostroyke” portalı öz oxucularına Azərbaycan paytaxtının tarixi memarlıq irsinin və müasir şəhərsalma üslubunun vəhdətini əks etdirən əsas arxitektura obyektləri barədə məlumat verib.
AZƏRTAC xəbər verir ki, “Bakının görməli məkanları - hər kəsin görməli olduğu on ən yaxşı bina” sərlövhəli materialda qeyd olunur ki, Azərbaycan paytaxtının arxitekturasında qədim qalalardan tutmuş XXI əsrin ən müasir tikililərinə qədər müxtəlif dövrlər və üslublar bir-birini tamamlayır. Bu, şəhəri memarlar və səyahətçilər üçün nadir araşdırma obyektinə çevirir.
Portal ən diqqətəlayiq binalar arasında şəhərin yaraşıqlı tikililərindən biri olan, dalğavarı forması ilə demək olar ki, tamamilə düz bucaqlarının olmadığı Heydər Əliyev Mərkəzini, eləcə də Bakının memarlıq dominantına çevrilmiş üç qüllədən ibarət “Alov qüllələri” kompleksini qeyd edir. İcmalda, həmçinin şəhərin zəngin tarixə malik qədim rəmzi - Qız qalası da yer alır.
Nəşrdə, habelə forması açılmamış xalçaya bənzəyən və sənətkarlığın memarlıq metaforası kimi xidmət edən Milli Xalça Muzeyi, XV əsr İslam memarlığının görkəmli abidəsi Şirvanşahlar sarayı, Avropanın memarlıq məktəbinin təsirinin nümunəsi olan İsmailiyyə sarayı, Hökumət evi binası və XX əsrin əvvəllərinə aid müasir Bakı malikanələri vurğulanır.
Portal qeyd edir ki, Bakının memarlıq landşaftı qədim abidələr və modernist həllər, Şərq və Qərbin təsirləri arasında dialoqdur. Hər bir dövr şəhərin görünüşündə nəzərəçarpacaq izlər buraxıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.02.2026 [16:37]
Azərbaycanın turizm imkanları Türkiyədə beynəlxalq sərgidə təqdim olunur
- 05.02.2026 [17:22]
Xarici diplomatlar üçün Azərbaycan turizminin təqdimatı keçirilib
- 03.02.2026 [15:07]
Azərbaycan ilə Meksika arasında turizm əlaqələri müzakirə edilib
- 30.01.2026 [11:43]
Qastronomiya turizmi üzrə beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir
- 29.01.2026 [14:42]
Azərbaycan rusiyalıların ən çox səyahət etdiyi üç ölkə sırasında yer alıb
- 29.01.2026 [10:20]
İspaniyada Azərbaycanın qastroturizm imkanları tanıdılıb
- 23.01.2026 [15:29]