Qış Olimpiadası: Azərbaycan təmsilçisi tam gücü ilə mübarizəyə köklənib
Bakı, 9 fevral, AZƏRTAC
Vladimir hazırda çox gərgin və intizamla məşq edir. O, gündə iki dəfə — həm səhər, həm də axşam olmaqla buz üzərinə çıxaraq öz proqramını təkmilləşdirir. Fiziki və psixoloji vəziyyəti qaydasındadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin şef-de-missionu Anar Bağırov fiqurlu konkisürən Vladimir Litvintsevin yarışa hazırlığı barədə Milli Olimpiya Komitəsinin rəsmi saytına açıqlamasında deyib.
O bildirib ki, idmançı tam gücü ilə mübarizəyə köklənib: “Olimpiya kəndində komanda üçün hər bir şərait yaradılıb və biz sabahkı çıxışı həyəcanla gözləyirik”.
Qeyd edək ki, Azərbaycanın “Milan-Kortina-2026” Qış Olimpiya Oyunlarında Vladimir Litvintsevlə yanaşı, Anastasiya Papatoma (dağ xizəyi) da təmsil edir. Litvintsev ilk yarışına fevralın 10-da start verəcək. İdmançımızın çıxışı sabah Bakı vaxtı ilə saat 18:30-da qısa proqram üzrə baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.02.2026 [15:36]
Türkiyənin tanınmış futbol şərhçisinə qarşı istintaq başladılıb
- 09.02.2026 [15:02]
Azərbaycanlı pilot Formula 4 avtomobili ilə ilk təcrübəsini yaşayıb
- 09.02.2026 [14:44]
"Fənərbağça"nın sabiq futbolçusu ölkəsində xəstəxana istifadəyə verib
- 09.02.2026 [13:36]
Milli Paralimpiya Komitəsinin yeni loqoları təqdim olunub
- 09.02.2026 [12:17]