REGİONLAR


Şimal rayonlarında məktəblərin qızdırılması üçün 5390 kubmetr odun ayrılıb

Şimal rayonlarında məktəblərin qızdırılması üçün 5390 kubmetr odun ayrılıb

Xaçmaz, 27 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Ölkəmizin şimal rayonlarında istilik sistemi olmayan təhsil müəssisələrinin qızdırılması üçün 5 min 390 kubmetr odun ayrılıb.

Təhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, odunla qızdırılan məktəblərin bu yanacaq növü ilə təminatına başlanılıb. Qısa müddətdə bütün təhsil ocaqlarına odun paylanacaq.

Xaçmaz rayondakı 122 məktəbdən 59-nun qızdırılması üçün odundan istifadə olunur. Bu məktəblərin qızdırılmasına 1767 kubmetr odun ayrılıb. Odunun həcmi ötən illə müqayisədə 85 kubmetr artırılıb. Halbuki rayonda yeni modul tipli məktəblər istifadəyə verildiyindən odunla qızdırılan təhsil ocaqlarının sayı azalıb. Yanacaq kimi odundan istifadə olunan bir sıra təhsil ocaqları yeni sobalarla təmin edilib.

Rayondakı məktəblərin əksəriyyətində mərkəzləşdirilmiş istilik sistemi yaradılıb, bəzi təhsil müəssisəsində isə fərdi qaz sobaları və kombi sistemi quraşdırılıb.

Şimal bölgəsində soyuq hava şəraiti səbəbindən bəzi ucqar kəndlərdə yerləşən məktəblərdə sobalar işə tez salınır. Lakin ümumilikdə, təhsil müəssisələrinin qış mövsümünə noyabr ayının ikinci ongünlüyündən keçməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.