ELM VƏ TƏHSİL


Sumqayıt Dünya Məktəbində açıq dərs: Çini tanıyaq

Bakı, 12 fevral, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Xəzər Universiteti – Sumqayıt Dünya Məktəbində keçirilən Çin dili fakültativ dərslərində “Çini tanıyaq” mövzusunda açıq dərs təşkil olunub.

ADU-dan AZƏRTAC-a bildirilib ki, Çin dili fakültativ dərslərinin keçirilməsində əsas məqsəd məktəblilərdə Çin dili və mədəniyyətinə marağın artırılmasından, həmçinin bu sahədə istedadlı gənclərin yetişdirilməsindən ibarətdir. Çin dili fakültativ dərslərini tədris edən Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva məktəblilərə Çinin mədəniyyəti, tarixi, coğrafiyası haqqında məlumat verib.

Məktəblilərə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun müəllifi olduğu Azərbaycan dilində ilk “Çin dili” dərs vəsaiti hədiyyə olunub. Tədbirdə, həmçinin koronavirus epidemiyasının Çində yaratdığı fəsadlardan da danışılıb.

Açıq dərsdə ADU-nun çinşünas tələbələrinin Çin xalqı ilə həmrəyliyini ifadə edən “Uxan, biz səninləyik!” adlı videoçarx nümayiş olunub.

Sonda məktəblilər çinli yaşıdlarına dəstək məqsədilə “Çin, möhkəm ol!” adlı videoçarxın çəkilişində iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.