Sumqayıt səmasında əsrarəngiz bayram atəşfəşanlığı
Sumqayıt, 19 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Noyabrın 19-da 70 illik yubileyini təmtəraqla qeyd edən Sumqayıt səması axşam saatlarında al-əlvan rənglərə boyanıb. Minlərlə Sumqayıt sakini və şəhərin qonaqları əsrarəngiz bayram atəşfəşanlığını böyük coşqu ilə seyr edib.
AZƏRTAC xəbər verir ki, həmin gün saat 18:00-da Sumqayıt Dövlət Dram Teatrın qarşısındakı meydanda açıq havada Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təşkil olunub.