DÜNYA


Tokionun ictimai nəqliyyatında sıxlığı azaltmaq məqsədilə kampaniyaya start verilib

Tokio, 22 yanvar, AZƏRTAC

Yaponiya paytaxtının hakimiyyət orqanları ictimai nəqliyyatda sıxlığı azaltmaq məqsədilə hərəkətin daha çox olduğu səhər saatlarında işə gedən insanlardan qatarlardan mümkün qədər az istifadə etməyi xahiş edib.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Tokio administrasiyasının rəsmi nümayəndələri gələn il Yaponiya paytaxtında keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar yanvarın 21-də bu kampaniyaya start verib.

Kampaniyada təqribən 980 şirkət və təşkilatın iştirak etdiyi bildirilir.

Tokio administrasiyasının nümayəndəsi deyib ki, kampaniyada iştirak edən dəmir yolu daşıyıcıları sərnişinləri qatarlarda günün hansı saatlarında sıxlıq müşahidə edildiyi barədə məlumatlandıracaq. İşəgötürənlər isə işçiləri cədvəllərini buna uyğun şəkildə dəyişməyə çağıracaqlar.

Kampaniyanın fevralın 1-dək davam edəcəyi gözlənilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.