Ağdam şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb, yeni yaşıllıq salınıb
Ağdam, 10 may, AZƏRTAC
Ağdam şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb, yeni yaşıllıq salınıb
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və Ağdamdan olan ziyalılar çıxış edərək, Ümummilli Liderin siyasi fəaliyyətindən, Azərbaycan xalqı və dövləti üçün gördüyü misilsiz işlərdən, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən davam etdirilməsindən danışıblar.
Sonra Ulu Öndər Heydər Əliyevin zəngin irsini və fəaliyyətini əks etdirən “İz” sənədli filmi nümayiş olunub.
Həmin gün Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar olaraq Ağdam şəhərində ağacəkmə aksiyası keçirilib. Ağdam Mərkəzi Parkı ərazisində baş tutan aksiya zamanı 103 ağac əkilib.
Müxbir – Tahir Ağaməmmədov