Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniyanın Barleben şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş idman festivalı

Berlin, 10 may, AZƏRTAC

Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Diaspor Boks Liqasının birgə təşkilatçılığı ilə Almaniyanın Barleben şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş idman festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festival Almaniyanın Maqdeburq şəhərindən və ətraf bölgələrindən gəlmiş sakinlərə əsl bayram ovqatı yaşadıb. Günboyu davam edən tədbirdə uşaqlar üçün qurulan attraksionlar, əyləncəli oyunlar və interaktiv proqramlar böyük maraqla qarşılanıb. Musiqi sədaları altında təşkil olunan rəqs proqramları isə festival iştirakçılarına xoş anlar bəxş edib. Ailələrin birlikdə vaxt keçirməsi, uşaqların sevinc dolu anları və tədbirdə hökm sürən səmimi atmosfer festivalın yadda qalan məqamlarından olub. Tədbirin əsas məramını Ulu Öndər Heydər Əliyevin uşaqlara, gənclərə və ailə dəyərlərinə verdiyi yüksək önəmin təbliği təşkil edib. Festival boyunca həm əyləncə, həm də idman elementlərinin vəhdəti iştirakçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Diaspor Boks Liqasının rəhbəri Yaşar Niftəliyev media nümayəndələrinə müsahibəsində yüksək təşkilatçılıq səviyyəsi ilə seçilən festivalın əsas məqsədinin Ümummilli Lider Heydər Əliyevin uşaqlara və gənclərə göstərdiyi diqqət və qayğını yaşatmaq, onların sağlam həyat tərzinə marağını artırmaq olduğunu vurğulayaraq deyib: “Biz Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan bu festivalı hər il keçiririk. Belə böyük festivalı təşkil etmək təcrübəmiz ildən-ilə artır. Ən vacib məsələ odur ki, bu festival Azərbaycanın və Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Festivalda təhlükəsizlik məsələsi xüsusilə diqqət mərkəzində saxlanılıb. Biz burada təhlükəsizliyi ən yüksək səviyyədə qoruyuruq. Çünki bu tədbir uşaqların sevincinə səbəb olur, onlar festivalda əylənirlər. Biz də bu cür tədbirləri keçirməklə dahilərimizin xatirəsini yad edirik”.

Festivalda idmanın bir sıra, o cümlədən boks üzrə yarışların da təşkil olunduğunu deyən Yaşar Niftəliyev bildirib: “Bütün bunlar burada yaşayan azərbaycanlıların alman cəmiyyətinə inteqrasiyasına və lobbiçilik fəaliyyətinə böyük təsir göstərir. Biz bu festivalı davam etdirəcəyik, onun miqyasını ildən-ilə genişləndiririk. Bilirsiniz, idman insanları bir-birinə yaxınlaşdıran, böyük təbliğat imkanına malik idman növüdür. Biz də idmanın bu imkanlarından səmərəli istifadə etməkdə davam edəcəyik”.

Qeyd edək ki, festival çərçivəsində keçirilən boks turnirində müxtəlif ölkələrdən olan idmançılar mübarizə aparıblar. Yarışlar tamaşaçıların böyük marağına səbəb olub. Gərgin idman mübarizəsi şəraitində keçən turnirin qaliblərinə medal və kuboklar təqdim edilib.

Boks turnirinin hakimi Rolf Kunş bu barədə deyib: “Bu gün Maqdeburq yaxınlığındakı Barlebendə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunan boks turniri keçirilir. Proqramda səkkiz döyüş var. Həyəcanverici qarşılaşmalar olacaq. Medallar və kuboklar uğrunda gərgin mübarizə gedir. Bütün iştirakçılara uğurlar arzulayıram. Heydər Əliyevin xatirə turnirinin hər il burada keçirilməsi ənənəyə çevrilib”.

Maqdeburq şəhər şurasının üzvü Bernd Heyneman da tədbir barədə açıqlamasında deyib: “Bu gün müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə boks turnirinin keçirilməsindən məmnunam. Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Diaspor Boks Liqasının birgə təşkilatçılığı ilə bu illər ərzində bir çox turnirlər keçirilib. Bu turnirlər həmişə çox maraqlı olub, biz Bakıda da olmuşuq və bu gün isə Barlebendəyik. Bu gün burada çoxlu boksçunun mübarizə aparmasına görə məmnunam və ümid edirəm ki, maraqlı qarşılaşmalar olacaq, tamaşaçılar razı qalacaqlar”.

Xatırladaq ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi 2012-ci ildə yaradılıb və beynəlxalq səviyyədə fəaliyyət göstərir. Komitə tərəfindən Ulu Öndər Heydər Əliyevin adını daşıyan dünya kəmərləri təsis olunub və müxtəlif ölkələrdən peşəkar boksçular həmin kəmərlər uğrunda mübarizə aparırlar.

Beləliklə, Ümummilli Lider Heydər Əliyevin uşaqlara və gənclərə göstərdiyi xüsusi diqqət, sağlam və vətənpərvər nəslin formalaşdırılması ilə bağlı ideyaları festivalın ümumi ruhunda aydın şəkildə hiss olunub. İdman, əyləncə və ailə dəyərlərini bir araya gətirən tədbir Ulu Öndərin zəngin irsinin və gənc nəslə yönəlmiş humanist yanaşmasının yaşadıldığını bir daha nümayiş etdirib.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xocalıda Ulu Öndər Heydər Əliyevin 103 illiyi münasibətilə ağacəkmə aksiyası

WUF13 Festivalı Xankəndidə: Qarabağ Universitetində məlumatlandırma sessiyası

Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub

Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Səfir: Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamı Türkiyə-Azərbaycan əlaqələri üçün ən mühüm ortaq məqsəddir

Goranboylular Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər

Azərbaycan-Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir

Dövlətçiliyə həsr olunan ömür VİDEO

Dövlətçiliyə həsr olunan ömür VİDEO

Prezident: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik

Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb

Azərbaycan Prezidenti: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq

Prezident İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq

Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək - Prezident

Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub VİDEO

Prezident: Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb YENİLƏNƏCƏK

Almaniyanın Barleben şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş idman festivalı

Prezident İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib VİDEO

Niderlandda Ulu Öndərin xatirəsi yad edilib

XRİTDX-də Ümummilli Lider Heydər Əliyevə həsr edilən silsilə tədbirlər təşkil edilib

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək

Müasir müstəqil Azərbaycanın memarına böyük ehtiram

Tbilisi və Rustavi şəhərlərində Ulu Öndərin abidəsi ziyarət olunub

Xarici işlər naziri: Delimitasiya və demarkasiya prosesi ilə bağlı işlər davam edir VİDEO

Xarici işlər naziri: Delimitasiya və demarkasiya prosesi ilə bağlı işlər davam edir VİDEO

Nazir: Ucqar kənd məktəblərinin birləşdirilməsi istiqamətində iki model tətbiq edilir

Emin Əmrullayev: Bəzi qəzalı məktəblər üzrə işlər mərhələli şəkildə davam etdirilir VİDEO

Emin Əmrullayev: Bəzi qəzalı məktəblər üzrə işlər mərhələli şəkildə davam etdirilir VİDEO

Ümummilli Liderin anadan olmasının 103 illiyi münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Ümummilli Liderin siyasi iradəsi və şəxsi nümunəsi xalqı bir araya gətirdi ŞƏRH

TADDEF-in sədr müavini: Heydər Əliyevə olan sevgi sönmür

Bu saata olan əsas xəbərlər

Stokholmda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb VİDEO

Stokholmda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb VİDEO

“AzərEnerji” və “Azərişıq” kollektivləri Ulu Öndərin məzarını ziyarət ediblər

Hikmət Babaoğlu: Ulu Öndərin dövlətçilik irsi vahid dövlətçilik konsepsiyasıdır

Heydər Əliyev və Bərdənin inkişaf tarixində silinməz izlər

Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

Müdafiə Nazirliyinin rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Ceyhun Bayramov: Əfsuslar olsun ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var VİDEO

Ceyhun Bayramov: Əfsuslar olsun ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var VİDEO

Azərbaycanın dövlətçilik fəlsəfəsinin müəllifi VİDEO

Azərbaycanın dövlətçilik fəlsəfəsinin müəllifi VİDEO

Heydər Əliyev irsi və müasir Azərbaycan təhsilinin yüksəlişi

Prezident İlham Əliyev: Slovakiya ilə tərəfdaşlığımızı yüksək qiymətləndirirəm

“Baku Steel Company” QSC-nin rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib

“Bayraqdar Türanə”nin unudulmaz görüşü - Heydər Əliyevin diqqətini çəkən gənc qızın xatirəsi

Qarabağ Universitetində Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü münasibətilə fləş-mob VİDEO

Qarabağ Universitetində Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü münasibətilə fləş-mob VİDEO

Tarixin, liderliyin və xilaskarlığın Heydər Əliyev zirvəsi

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib VİDEO

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib VİDEO

İntellektual müstəqilliyin memarı: Heydər Əliyevin elm və təhsil fəlsəfəsi

Ağdamda yol qəzasında ölənlərin sayı 4-ə çatıb YENİLƏNİB

Prezident Administrasiyasının rəhbəri: Azərbaycan hər birimizin fəxr edə biləcəyi zirvəyə yüksəlib

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirib

Bolqarıstan mediasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı silsilə məqalələr nəşr edilib

Heydər Əliyev və Azərbaycan təhsili: milli inkişafın strateji dayağı

Samir Nuriyev: Qarabağda və Şərqi Zəngəzurda bərpa işləri müəyyən olunmuş strateji xəttin müasir mərhələsini əks etdirir

Prezident İlham Əliyev Ulu Öndərin memarlıq ənənəsini bacarıqla davam etdirərək, Azərbaycanı qüdrətli dövlətə çevirdi

Samir Nuriyev: Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə qazanılan uğurların miqyası heyrətamizdir

İdeyaları ilə Zəfərə yol açan Dahi Lider Heydər Əliyev

Ulu Öndər Heydər Əliyev tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşmüşdür

Prezident Administrasiyasının rəhbəri: Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir

Samir Nuriyev: Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli dirçəlişin güclənməsinə əvəzolunmaz töhfələr vermiş görkəmli dövlət xadimidir

Çilidə 5,8 bal gücündə zəlzələ baş verib

“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı start götürür

Premyer Liqa: "Turan Tovuz" və "Neftçi"nin ev sınağı

WSJ: Hörmüz boğazının bağlanması sulfat turşusu tədarükünü mümkünsüz edib

NATO Yaponiya və daha 3 ölkədə kosmodromlardan birgə istifadə imkanlarını araşdırır

İran Hörmüz boğazında yüzlərlə qayıqdan ibarət "ağcaqanad donanması" yerləşdirib

Mahir Emreli baş məşqçiyə görə Almaniya klubundan ayrılır

Yaxın Şərqdə davam edən münaqişə səbəbindən qlobal neft ehtiyatları sürətlə azalır

Ulu Öndərin irsi təkcə keçmişin xatirəsi deyil, gələcəyin yol xəritəsidir - ŞƏRH

Lionel Messi MLS-in tarixinə düşüb

Ştutqartdakı Azərbaycan Evində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Derviş Eroğlu: Heydər Əliyev yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının yaddaşında əbədi yaşayacaq böyük liderdir

Rubio və Uitkoff Mayamidə Qətərin Baş naziri ilə görüşüb

Putin Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu bildirib

Xarici işlər nazirinin müavini “Türkiyənin COP31-ə Gedən Yolu: Dayanıqlı Şəhərlər” adlı tədbirdə çıxış edib

“Qalatasaray” 26-cı dəfə Türkiyə çempionu olub

Prezidentin sosial şəbəkə hesablarında Ulu Öndərin 103-cü ildönümü ilə bağlı videoçarx paylaşılıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı paylaşım edib

Müasir Azərbaycan Heydər Əliyevin memarlıq dühasının təcəssümüdür

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şükürbəyli kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib VİDEO

Belçikadakı derbidə baş verən qalmaqal antisemitizm problemini yenidən gündəmə gətirib

Livan: İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 2795-ə çatıb

Putin Ermənistanın Avropanı seçəcəyi təqdirdə “sivil ayrılmağı” təklif edib

Ümummilli Liderin yaşayan irsi Los-Ancelesdə: təsviri incəsənət, mədəniyyət və musiqinin vəhdəti VİDEO

Ümummilli Liderin yaşayan irsi Los-Ancelesdə: təsviri incəsənət, mədəniyyət və musiqinin vəhdəti VİDEO

NDU tələbələrinin İğdır Universitetində təcrübə proqramı uğurla yekunlaşıb

Almaniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə boks turniri təşkil edilib VİDEO

Almaniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə boks turniri təşkil edilib VİDEO

“Əl-Qüds” qəzetində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib

Premyer Liqa: "Sumqayıt" "Araz-Naxçıvan"a qalib gəlib

Milli yaddaşın izi ilə: Aşıq Ələsgər irsi ilə bağlı layihəyə başlanılıb

İsrailin Livana hava zərbəsi: 9 ölü, 15 yaralı

Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 5 medal qazanıblar

Ali təhsildə təcrübə: Özbəkistan və Qazaxıstan alimləri Qubada

Mütəxəssis xəbərdarlığı: Qlobal iqlim dəyişikliyi quş populyasiyasını təhdid edir

ADPU-nun Quba filialında tələbələrin lokal instrumental ansamblı yaradılır

Heydər Əliyev: Müasir Azərbaycanın memarı və milli dövlətçiliyin xilaskarı - ŞƏRH

Qarsda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər  YENİLƏNİB VİDEO

BMT-nin Baş katibi Ukrayna ilə Rusiya arasında atəşkəs elanını alqışlayıb