ELM VƏ TƏHSİL


Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Xəzər Universiteti ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Xəzər Universiteti ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 15 sentyabr, AZƏRTAC

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və universitetin rektoru professor İradə Xəlilova Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, qonaqlar Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru professor Əlövsət Quliyev və həmin müəssisənin elmi katibi Sultan Hüseynova ilə görüşərək əməkdaşlıq məsələlərini müzakirə ediblər. Professor Ə.Quliyev rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə məlumat verərək bir sıra mühüm istiqamətlərdə əməkdaşlığın vacibliyini qeyd edib.

H.İsaxanlı qarşılıqlı maraq doğuran fəaliyyət sahələrində əməkdaşlığın, birgə multidisiplinar layihələrdə iştirakın əhəmiyyətini vurğulayıb. O, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Xəzər Universiteti ilə gələcək əməkdaşlığının həm alimlər, həm də tələbələr üçün faydalı nəticələr verəcəyini qeyd edib. Tərəflər arasında növbəti görüşün Xəzər Universitetində keçirilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.