REGİONLAR


Tovuzda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Tovuz, 28 noyabr, AZƏRTAC

Tovuzda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə rayonun girişində yerləşən Olimpiya Kompleksinin qarşısında qeydə alınıb. Hərəkətdə olan iki "VAZ 2106" markalı avtomobil toqquşub. Qəza zamanı 31 yaşlı Tovuz sakini Fəxri Əfəndiyev ölüb. Hadisə zamanı Hümbət Həsənov və onun həyat yoldaşı Nübar Həsənova müxtəlif bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.