Türkiyədə təşkil olunan beynəlxalq film festivalı başa çatıb
Ankara, 21 iyun, AZƏRTAC
Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə ölkənin Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunan Birinci Beynəlxalq Göç Filmləri Festivalı başa çatıb.
AZƏRTAC xəbər verir ki, koronavirus səbəbindən virtual olaraq təşkil olunan festivalda bir həftə boyunca 30 ölkədən 45 uzun və qısa metrajlı film nümayiş olunub.
İyunun 21-də keçirilən festivalın bağlanış mərasimində videoformatla çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb ki, festivalın təşkilində məqsəd hazırda qlobal məsələlər arasında öndə dayanan qaçqın və köçkünlər problemini gündəmdə saxlamaqdır.
Festival Azərbaycan xalq mahnısı “Sarı gəlin”in ifası ilə tamamlanıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.09.2026 [12:05]
Dağların qoynunda gizlənən möcüzə – Qanslar şəlaləsi VİDEO
- 03.09.2026 [09:00]
Firəngiz Mütəllimova: Yaşar Nuri xalq tərəfindən çox sevilən sənətkar olub
- 02.09.2026 [16:40]
Uelsin göz bəbəyi Tenbidə bir neçə gün – REPORTAJ
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Boeing” təhlükəsizlik pozuntularına görə 3,1 milyon dollar cərimə ödəyib
- 02.09.2026 [23:47]
ABŞ Prezidenti Venesuelada seçkilərin keçirilməsini istədiyini bildirib
- 02.09.2026 [23:14]
Tramp: ABŞ uyğun vaxtda İrana yenidən zərbə endirməyə hazırdır
- 02.09.2026 [22:45]
Azərbaycan-Litva oyunu Bakıda keçiriləcək
- 02.09.2026 [22:17]