SİYASƏT


Türkiyənin Milli Müdafiə Nazirliyi Bakının düşməndən azad olunması münasibətilə paylaşım edib

Ankara, 15 sentyabr, AZƏRTAC

Bakının düşmən işğalından azad olunmasının 102-ci ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızın əlamətdar gününü təbrik edirik.

AZƏRTAC xəbər verir ki, bu təbrik mesajı Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” sosial şəbəkə hesabında edilən paylaşımda öz əksini tapıb.

“Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakının düşmən işğalından azad olunmasının 102-ci ildönümünü təbrik edir, bütün şəhid və qazilərimizi rəhmət və ehtiramla yad edirik”, - deyə təbrik mesajında vurğulanır. Həmçinin Azərbaycan ilə Türkiyənin bir millət, iki dövlət olduğu xatırladılır.

Mətnin sonunda Azərbaycan və Türkiyənin dövlət bayraqları, Qafqaz İslam Ordusuna aid foto paylaşılıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.