ELM VƏ TƏHSİL


Türkiyənin təhsil qurumu ilə əməkdaşlıq məsələləri müzakirə edilib

Türkiyənin təhsil qurumu ilə əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 5-də Azərbaycanın elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Türkiyə Təhsil Dərnəyinin (Türkiye Eğitim Derneği-TED) baş direktoru Səlcuq Pəhlivanoğlu ilə Ankarada görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə hər iki qurum arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, müəllimlərin və təhsil idarəçilərinin peşəkar inkişafı, təcrübə mübadiləsi proqramları, sosial məsuliyyət layihələri və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, TED Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1928-ci ildə qurulub. Hazırda TED 41 məktəbi və eyniadlı universiteti, Ali Təhsil Fondu, tedmem düşüncə qurumu, simfonik orkestri və digər quruluşları ilə fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.