Şahzadə Harri “Daily Mail”in naşirinə milyonlarla funt ödəyə bilər
London, 21 avqust, AZƏRTAC
Sasseks hersoqu Şahzadə Harri və daha altı tanınmış şəxs Böyük Britaniyanın Ali Məhkəməsində uduzduqları iş üzrə “Daily Mail” qəzetinin naşirinə ilkin olaraq bir neçə milyon funt sterlinq məhkəmə xərci ödəyə bilərlər.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, Şahzadə Harri, baronessa Dorin Lourens, müğənni Elton Con və digər iddiaçılar “Associated Newspapers Limited” (ANL) şirkətini xəbərlər üçün qanunsuz yollarla məlumat toplamaqda ittiham edərək məhkəməyə müraciət etmişdilər. ANL ittihamları qəti şəkildə rədd edib. Bu ilin əvvəlində Londonda 11 həftə davam edən məhkəmə prosesindən sonra hakim Niklin iyulun 7-də verdiyi qərarla bütün iddiaları rədd edib. İşlər məhkəmə xərclərinin müəyyənləşdirilməsi məqsədilə yenidən Ali Məhkəməyə qaytarılıb. İki gün davam edən dinləmələr zamanı ANL-in ümumi məhkəmə xərclərinin 34 milyon funt sterlinqdən çox olduğu bildirilib.
Hakim Niklin bu gün iddiaçıların ANL-ə ilkin mərhələdə ödəməli olduqları məbləğin həcmi, eləcə də yekun məhkəmə xərclərinin necə hesablanacağı ilə bağlı qərarını açıqlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]