“New Silk Way” biznes forumunda nəqliyyat dəhlizlərinin inkişafı müzakirə ediləcək
Bakı, 21 avqust, AZƏRTAC
Bu il oktyabrın 14-16-da Qazaxıstanın Astana şəhərində nəqliyyat, tranzit və logistika sahələrini əhatə edən şirkətlərin iştirakı ilə beynəlxalq “New Silk Way” biznes forumu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, biznes forumda Avropa bazarlarına çıxış yollarının genişləndirilməsi, qitələr arasındakı nəqliyyat dəhlizlərinin inkişafı, multimodal yükdaşımaların təkmilləşdirilməsi, marşrutların rəqəmsallaşdırılması və süni intellektin tətbiqi məsələləri müzakirə olunacaq.
Forumda Qazaxıstan ilə yanaşı, Çin, Yaponiya, Rusiya, Avropa dövlətlərini təmsil edən şirkətlər müxtəlif təqdimatlar keçirəcək, təkliflər irəli sürüləcək. Forumun işində dövlət rəsmiləri və müvafiq qurumların rəhbərləri də iştirak edəcək, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində infrastruktur layihələrinin həyata keçirilməsi məsələlərini müzakirə olunacaq.
Biznes forumun məqsədi beynəlxalq ticarəti daha da genişləndirmək, marşrutları tanıtmaq və yükdaşımalarda səmərəliliyi artırmaqdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]