Türkiyədə hökumətin yeni ortamüddətli iqtisadi proqramı təqdim ediləcək
Ankara, 21 avqust, AZƏRTAC
Türkiyə hökumətinin 2027-2029-cu illər üzrə yeni Ortamüddətli İqtisadi Proqramının bu ilin sentyabr ayının əvvəlində Ankarada ictimaiyyətə açıqlanması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, proqram dünya və milli iqtisadiyyatın inkişaf tendensiyaları, eləcə də regionda gedən proseslər nəzərə alınmaqla hazırlanır. Üçillik proqramın məqsədi dövlət və özəl sektorların iqtisadi inkişafının daha sabit və davamlı olmasını təmin etməkdir.
Sənəddə inflyasiya, ümumi daxili məhsulun artımı, işsizlik, cari kəsir, ixrac və idxal üzrə hədəf göstəricilər, habelə dövlət maliyyəsinin tənzimlənməsinə dair tədbirlər əksini tapacaq. Proqram onun həyata keçirilməsinin nəticələrinə və iqtisadi şərtlərdə dəyişikliklərin nəticəsinə əsasən hər il yenilənəcək.
Türkiyənin hazırkı Ortamüddətli İqtisadi Proqramında 2026-cı il üzrə ümumi daxili məhsulun artım proqnozu 3,8 faiz, cari il üçün inflyasiya proqnozu isə 16 faiz səviyyəsində müəyyən edilib.
Hökumətin hesablamalarına əsasən, ölkədə inflyasiya 2027-ci ildə birrəqəmli göstəriciyə qədər azalacaq. 2027-ci il üçün inflyasiyanın 9 faiz, 2028-ci il üçün isə 8 faiz səviyyəsində olması hədəflənir.
Eyni zamanda, Türkiyə Nazirlər Kabineti 2027-ci il üzrə dövlət büdcəsinin layihəsini də hazırlayır. Layihə oktyabrın 17-dək parlamentə təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]