Azərbaycanlı hakim voleybol üzrə Avropa çempionatına təyinat alıb
Bakı, 21 avqust, AZƏRTAC
Azərbaycan Voleybol Federasiyasının beynəlxalq dərəcəli hakimi Fuad Ağayev qadın voleybolçuların Avropa çempionatının A qrupunun oyunlarında iştirak edəcək.
AVF-dən AZƏRTAC-a verilən məlumata görə, həmyerlimiz 21-28 avqust tarixlərində İstanbulda baş tutacaq bu qrupun qarşılaşmalarında həm əsas hakim, həm də ikinci hakim kimi meydana çıxacaq.
Xatırladaq ki, Avropa çempionatı Azərbaycan, Türkiyə, Çexiya və İsveçin birgə ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək. Azərbaycanda C qrupunun oyunları təşkil olunacaq. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları mübarizə aparacaq. Bakıdakı qarşılaşmalar 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında oynanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]