Məktəb direktorlarının işə qəbulu müsabiqəsinə elektron sənəd qəbulunun müddəti uzadılıb
Bakı, 21 avqust, AZƏRTAC
Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifələrinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu müddəti uzadılıb.
Bu barədə AZƏRTAC-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, namizədlər avqustun 24-ü saat 11:00-dək miq.edu.az/direktor internet səhifəsi vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu avqustun 18-də saat 11:00-dan başlanıb.
Müsabiqənin seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Müsabiqənin nəticələri namizədlərin şəxsi səhifələrində yerləşdiriləcək. Uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.08.2026 [13:40]
BDU-nun 220 yerlik “Tələbə evi” müasir standartlara cavab verir
- 21.08.2026 [12:39]
ADPU: Yataqxanada tələbələr üçün bütün zəruri şərait yaradılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
DSMF-nin xərcləri 9,8 faiz artıb
- [10:05]
“Qarabağ” Niderlandda "Tvente"ni minimal hesabla məğlub edib YENİLƏNİB -2
- 20.08.2026 [23:56]