Prezident İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
Bakı, 21 avqust, AZƏRTAC
İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bildirib.
Bunun əla göstərici olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.08.2026 [14:07]
Azərbaycanda 21 avqust - 21 sentyabr “Sülh Aylığı” elan edilib
- 21.08.2026 [12:18]
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq VİDEO
- 21.08.2026 [12:15]