Almaniyada avtomobil piyada zonasına daxil olub, 8 nəfər xəsarət alıb
Berlin, 21 avqust, AZƏRTAC
Almaniyanın Hessen əyalətinin Hofqeysmar şəhərində avtomobilin piyadalar zonasına yüksək sürətlə daxil olması nəticəsində 8 nəfər xəsarət alıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, polisin açıqlamasında 68 yaşlı sürücünün avtomobil piyadalar zonasına daxil olmazdan əvvəl səhhətində problem yaşadığı ehtimal edilir. Bəzi piyadalar avtomobildəki şəxsə yaxınlaşaraq onunla danışmağa çalışıb. Lakin avtomobil həmin anda qəfildən yüksək sürətlə piyadalar zonasına hərəkət edib.
Sürücü hadisə yerində təcili tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]