Son yüz ilin ən güclü “El-Nino”su Britaniyaya fırtınalı payız gətirə bilər
London, 21 avqust, AZƏRTAC
Böyük Britaniyada bu payızın yağıntılı və fırtınalı keçəcəyi proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, buna son yüz ilin ən güclüsü ola biləcəyi bildirilən “El-Nino” iqlim hadisəsinin səbəb olacağı gözlənilir. Böyük Britaniyanın Meteorologiya Xidmətinin (Met Office) məlumatına görə, okean sularında müşahidə olunan görünməmiş istiləşmə oktyabr-dekabr aylarında ölkədə güclü yağışlara səbəb ola bilər.
“El-Nino” Sakit okeanın tropik hissəsində suyun səth temperaturunun yüksəlməsi ilə əlaqəli təbii iqlim hadisəsidir və qlobal temperatur göstəricilərinə təsir edir. Proqnozlara əsasən, yaxın aylarda dəniz səthində temperatur normadan 3 dərəcədən çox yüksək ola bilər. Met Office bunun XIX əsrdən bəri qeydə alınan ən güclü “El-Nino” hadisəsinə çevrilə biləcəyini bildirib.
“Met Office”in uzunmüddətli proqnozlaşdırma üzrə rəhbəri professor Adam Skeyf noyabr ayında Böyük Britaniyada havanın orta hesabla mülayim, yağıntılı və fırtınalı olacağını bildirib. Onun sözlərinə görə, “El-Nino”nun pik həddə çatması qışın əvvəllərinə təsadüf edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]