REGİONLAR


Ucar kümçüləri bol məhsul yetişdiriblər

Ucar kümçüləri bol məhsul yetişdiriblər

Ucar, 4 iyun, AZƏRTAC

Ucar rayonunda yaş barama tədarükünə başlanılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 112 kümçü tərəfindən 350 qutu ipəkqurdu toxumu bəslənilib və bol məhsul yetişdirilib. İlk iki gündə “Azəripək” MMC-nin nümayəndələri tərəfindən 841 kiloqram yaş barama qəbul olunub. Rayonda daha çox barama yetişdirilən Boyat, Bərgüşad, Yuxarı Şilyan və bir sıra digər ərazi dairələrinin kümçüləri məhsul təhvilində fəallıq göstərirlər. İlk gündə Bağman kəndindən Mahmud Səfərəliyev 190 kiloqram, Niftalı Əzizov 73 kiloqram, Yuxarı Şilyandan Cabir Hacıyev 55 kiloqram yaş barama təhvil veriblər.

Rayonda yaş barama tədarükü davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.