SİYASƏT


Vaşinqtonda “Xarı Bülbül Əfsanəsi” sənədli filmi təqdim olunub

Vaşinqton, 12 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə yanvarın 11-də Vaşinqtonda yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasında ölkəmizin mədəniyyət paytaxtı olan Şuşaya həsr edilmiş “Xarı Bülbül Əfsanəsi” sənədli filminin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə sənədli filmin rejissoru isveçli Mikayıl Silkeberq və Amerika Muğam Cəmiyyətinin təsisçisi Cefri Verbok iştirak edib, Azərbaycanın, xüsusilə də Şuşanın zəngin mədəni irsi və işğaldan azad edilmiş ərazilərimizə səfərləri barədə söhbət açıblar.

Tədbirdə ABŞ Dövlət Departamenti, bu ölkədə akkreditə olunmuş diplomatik və hərbi attaşelik korpusunun nümayəndələri, Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Sonda qonaqlar üçün milli mətbəximizin təamları təqdim edilib.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.