REGİONLAR


Xaçmazda 2796 nəfərə üçüncü doza peyvənd vurulub VİDEO

Xaçmaz, 28 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz rayonunda bu günə kimi COVID-19 infeksiyasına qarşı 158 min doza peyvənd vurulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon sakinlərindən 73 min 317 nəfərinə hər iki doza peyvənd vurulub.

Hazırda rayonda vətəndaşların peyvəndlənməsi, həmçinin üçüncü doza vaksinin vurulması prosesi aparılır. Artıq 2796 nəfərə üçüncü doza peyvənd vurulub.

Xaçmaz rayonunda infeksiyaya qarşı mübarizə məqsədilə sakinlərin peyvənd olunması kampaniyası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq icra edilir. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Vaksinasiya zamanı yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə peyvəndləmə iki mərkəzdə aparılır. Vətəndaşlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında və Xudat Şəhər Xəstəxanasında peyvənd olunurlar. Bununla yanaşı, səyyar həkim briqadaları rayonun müxtəlif inzibati ərazi dairələrində peyvəndlənmə həyat keçirirlər.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkimi Sevil Qədirova bildirib ki, xəstəxanadakı vaksin otaqlarında TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. Vaksin ilkin mərhələdə risk qrupuna daxil olan əhaliyə - səhiyyə işçilərinə, müəllimlərə, hüquq-mühafizə orqanı əməkdaşlarına və yaşlı sakinlərə könüllülük əsasında vurulub. Vaksin immuniteti gücləndirməklə COVID-19 infeksiyasından qoruyur, virusun ötürülməsini məhdudlaşdırır, ölüm halının qarşısını alır.

Xaçmazda vaksinasiya prosesi qrafik əsasında davam etdirilir. Qeydiyyat prosesi randevu.its.gov.az saytında onlayn keçirilir. Onlayn qeydiyyatdan keçə bilməyənlər isə birbaşa poliklinikalara müraciət edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.