ELM VƏ TƏHSİL


Xəzər Universiteti “Türkiyə-Azərbaycan Gənclik Mübadiləsi Proqramı”nda uğurla iştirak edib

Bakı, 3 fevral, AZƏRTAC

Xəzər Universitetində bu ali məktəbin seçilmiş 13 tələbəsinin “Türkiyə-Azərbaycan Gənclik Mübadiləsi Proqramı” çərçivəsində Türkiyənin Ankara və Kırşehir şəhərlərinə səfərinin yekunlarına dair tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Tədbir Kırşehir nümayəndə heyətinin Bakıda, Xəzər Universiteti nümayəndə heyətinin isə Ankara və Kırşehirdə müxtəlif tədbirlərdə iştirakını əks etdirən videoçarxın nümayişi ilə başlanıb.

Xəzər Universiteti nümayəndə heyətinin rəhbəri, İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli səfər haqqında məlumat verib.

Universitetin rektoru, dosent İradə Xəlilova mübadilə proqramı çərçivəsində təşkil olunan tədbirlərin əhəmiyyətindən danışıb.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı qeyd edib ki, tələbələrin istər mübadilə proqramları, istərsə də digər əməkdaşlıqlar çərçivəsində xarici ölkələrə səfərlərinin təşkili təhsil müəssisəsinin prioritet istiqamətlərindən biridir.

Tələbə Təhminə Abbaslının anası Dilbər Abbaslı Xəzər Universitetində tələbələrin səfərlərinin təşkilinə görə ali məktəbin rəhbərliyinə minnətdarlığını bildirib.

Proqramın iştirakçısı olan tələbələr səfərlə bağlı təəssüratlarını bölüşüblər.

Sonra tələbələrə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, proqram çərçivəsində türkiyəli tələbələrdən ibarət nümayəndə heyəti 2022-ci il dekabrın 12-dən 16-dək Xəzər Universitetinin qonağı olub. Həmin tələbələr müxtəlif tədbirlərdə iştirak edib, Bakının görməli yerləri, tarixi-mədəni abidələri ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.