İQTİSADİYYAT


Yanvar-sentyabr aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib

Bakı, 13 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvar-sentyabr aylarında ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixrac 3 milyard 842 milyon 259 min ABŞ dolları, Türkiyəyə 1 milyard 256 milyon 995 min dollar, İsrailə isə 1 milyard 791 min dollar dəyərindədir.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 4 milyard 85 milyon 961 min ABŞ dolları, Türkiyə ilə 2 milyard 380 milyon 287 min dollar, Rusiya ilə isə 1 milyard 694 milyon 926 min dollar dəyərində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.