İQTİSADİYYAT


Yapon şirkəti Azərbaycanda aqrar sahədə yeni texnologiyaların tətbiqi ilə bağlı müzakirələr aparıb

Tokio, 26 oktyabr, AZƏRTAC

Tokioda Yaponiya ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində bizneslə məşğul olan Yaponiyanın “TET International Development Co., Ltd.” şirktətinin prezidenti Taro Savada Tokio Kənd Təsərrüfatı Universitetinin professoru Yutaka Sasakı ilə iki ölkə arasında müvafiq sahədə əməkdaşlıq əlaqələrinin qurulması, kadr mübadiləsi və yeni texnologiyaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparıb.

Əvvəlcə T.Savada Azərbaycanda Prezidenti İlham Əliyev tərəfindən iqtisadiyyatın bütün sahələrinə, xüsusən də qeyri-neft sektorunun inkişafına göstərilən diqqət və qayğı barədə məlumat verib. Bildirib ki, məhz bunun nəticəsində Azərbaycanda aqrar sektorun səviyyəsi dayanmadan yüksəlir. Aparılan müzakirələr zamanı T.Savada Azərbaycanda kənd təsərrüfatının inkişafına bilavasitə töhfə verə biləcək yeni sistemin yaradılması istiqamətində Yaponiya tərəfi ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsini təklif edib.

Həmçinin iki ölkənin universitetləri arasında əməkdaşlıq, müasir texnologiyaları özündə birləşdirən qabaqcıl kənd təsərrüfatı üçün təkliflər, Yaponiya bazarı üçün Azərbaycanın bal məhsullarının brendləşdirilməsi kimi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycan haqqında məlumatların yayılması, ətraf mühiti dəstəkləyərək kənd təsərrüfatına töhfə verə biləcək böyük potensiala malik biznes modelinin qurulması ilə bağlı təkliflər səslənib.

Azərbaycanda kənd təsərrüfatının inkişafına yetirilən diqqətdən məmnunluğunu ifadə edən professor Yutaka Sasaki Azərbaycan ilə əməkdaşlığın gələcəkdə hər iki tərəf üçün faydalı olacağına inandığını bildirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.