“Qarabağ”ın diyetoloqu: Sağlam və balanslı qidalanma ən azı məşq qədər vacibdir
Bakı, 12 fevral, Aynur Əlixanlı, foto Azər İbrahimov, video Namiq Abdullayev, AZƏRTAC
Bu gün burada həm Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin müdir müavini, həm də “Qarabağ” futbol klubunda həkim-diyetoloq kimi çıxış etmək mənim üçün böyük qürur və məsuliyyətdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın diyetoloqu İlqar Şamilov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qida təhlükəsizliyi idman üçün sadəcə ikinci dərəcəli məsələ deyil, həm də idmançının sağlamlığının qorunmasının, bərpasının və davamlılığının əsas təminatıdır: “Sağlam və balanslı qidalanma ən azı məşq qədər vacibdir. Düzgün seçilmiş, keyfiyyətli və təhlükəsiz qida zədələnmələrin azalmasına, daha sürətli bərpaya və yüksək performansa birbaşa təsir göstərir. Biz Elmi Araşdırmalar Mərkəzi olaraq öz elmi potensialımızı “Qarabağ”ın praktiki təcrübəsi ilə birləşdirərək idmançılar üçün həm təhlükəsiz, həm də performans yönümlü qidalanma sistemi qurmuşuq və bu istiqamətdə fəaliyyətimizi davam etdiririk”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]