Azərbaycan və İran arasında həyata keçirilən layihələr, onların icra vəziyyəti müzakirə edilib
Bakı, 12 fevral, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunu görüşüb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında energetika sahəsində əməkdaşlığın mövcud vəziyyəti, birgə həyata keçirilən layihələr, onların icra vəziyyəti və gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, yaxın günlərdə Bakıda keçiriləcək Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclası mövcud layihələrin icrasının sürətləndirilməsinə də mühüm töhfə verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:46]
Yasamalda içməli su xəttində qəza baş verib
- 30.09.2026 [11:30]
Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər
- 30.09.2026 [10:40]