Dövlət Vergi Xidmətinin işçiləri təltif edilib - SƏRƏNCAM
Bakı, 12 fevral, AZƏRTAC
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin inkişafında xidmətlərinə görə bir nəfər “Tərəqqi”, 9 nəfər 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə”, iki nəfər 3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunub.
Dövlətimizin başçısının digər Sərəncamı ilə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə “2-ci dərəcəli dövlət vergi xidməti müşaviri”, Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanova, Vergi auditi baş idarəsinin rəisi Abbas İsmayılova və 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Səməd Vəliyevə “3-cü dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbələri verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 30 sentyabr
- 30.09.2026 [11:34]
DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir
- 30.09.2026 [11:23]
Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib
- 30.09.2026 [11:12]
BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [11:06]