Mixeil Kavelaşvili: Mövcud geosiyasi şərait Orta Dəhlizin əhəmiyyətini daha da artırıb
Tbilisi, 12 fevral, AZƏRTAC
Mövcud geosiyasi şərait Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırıb və Gürcüstan bu dəhlizin təhlükəsiz, effektiv və dayanıqlı fəaliyyəti üçün bütün imkanlarını səfərbər edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Xorvatiya Prezidenti Zoran Milanoviç ilə keçirdiyi birgə brifinqdə bildirib.
Kavelaşvilinin sözlərinə görə, Gürcüstan hökumətinin seçdiyi sülh, sabitlik və iqtisadi rifaha əsaslanan siyasət dəyişməzdir və ölkənin Cənubi Qafqazda uzun illərdir yürütdüyü sülhməramlı xətt bunu açıq şəkildə sübut edir.
Prezident vurğulayıb ki, Gürcüstan Orta Dəhlizin mühüm qovşaqlarından biri kimi Balkan ölkələri ilə Asiya arasında nəqliyyat dəhlizinin inkişafını prioritet hesab edir. Mixeil Kavelaşvili əlavə edib ki, Gürcüstan Xorvatiya ilə ikitərəfli münasibətlərin inkişafında maraqlıdır və bu əməkdaşlıq Cənubi Qafqazla Balkan regionlarının yaxınlaşmasına töhfə verə bilər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.02.2026 [18:09]
Brüsseldə Avropa Komissiyasının binalarında axtarış aparılıb
- 12.02.2026 [18:03]
Çin bir raketlə orbitə 7 peyk çıxarıb
- 12.02.2026 [18:01]
Çin XİN: Prezident Donald Trampın səfəri ilə bağlı danışıqlar aparılır
- 12.02.2026 [17:56]
İŞİD məhbuslarının Suriyadan İraqa köçürülməsi prosesi yekunlaşıb
- 12.02.2026 [16:40]