Qırğızıstan parlamentinin yeni spikeri seçilib
Bakı, 12 fevral, AZƏRTAC
Deputat Marlen Mamataliyev Qırğızıstan Joqorku Keneşinin (parlament) yeni sədri seçilib.
AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, Konstitusiya qanunvericiliyi, dövlət quruluşu, yerli özünüidarəetmə və reqlament Komitəsinin sədri Kurmankul Zuluşev qeyd edib ki, Marlen Mamataliyevin namizədliyi “Ata-Jurt”, “Eldik”, “Ala-Too”, “Mekençil” və “Adilet Qırğızıstan” partiyalarının bütün parlament qrupları tərəfindən yekdilliklə irəli sürülüb.
Gizli səsvermədən sonra 77 deputat onun namizədliyinin lehinə, beş deputat isə əleyhinə səs verib.
Marlen Mamataliyev həmkarlarına və Prezidentə göstərdikləri etimada görə təşəkkür edib. O, Prezidentin komandasının səylərini dəstəkləməyə hazır olduğunu bildirib və parlamentin işini gücləndirəcəyinə söz verib.
Qeyd edək ki, 12 fevral səhəri Nurlanbek Turqunbek uulu parlamentin sədri vəzifəsindən istefa verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]