Türkiyənin TPAO şirkəti bp ilə İraq yataqlarının işlənməsi üzrə əməkdaşlıq edəcək
Ankara, 12 fevral, AZƏRTAC
Türkiyənin dövlət neft kompaniyası TPAO Britaniyanın bp neft şirkəti ilə neft və qaz sektorunda strateji əməkdaşlıq haqqında Niyyət Memorandumu imzalayıb.
AZƏRTAC xəbər verir ki, sənəd fevralın 12-də Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə imzalanıb.
Türkiyənin enerji nazirinin sözlərinə görə, müqavilə çərçivəsində prioritet İraqda, xüsusən də bu ölkənin şimalında yerləşən Kərkük əyalətində yataqların işlənməsi olacaq.
Bayraktar TPAO-nun enerji bazarlarında möhkəmlənən mövqeyini vurğulayıb. “2028-ci ilə qədər Türkiyənin TPAO kompaniyası təxminən 500.000 barel neft hasil edəcək. Məqsədimiz bu rəqəmi 1 milyon barelə çatdırmaqdır”, - deyə türkiyəli nazir bildirib. O qeyd edib ki, Liviya Britaniyanın BP neft şirkəti ilə əməkdaşlıq üçün daha bir perspektivli sahə ola bilər.
Nazir əlavə edib: “Biz, həmçinin Qazaxıstan və Azərbaycanda müxtəlif layihələr kontekstində əməkdaşlıq məsələlərini müzakirə etməyə hazırıq”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.02.2026 [18:09]
Brüsseldə Avropa Komissiyasının binalarında axtarış aparılıb
- 12.02.2026 [18:03]
Çin bir raketlə orbitə 7 peyk çıxarıb
- 12.02.2026 [18:01]
Çin XİN: Prezident Donald Trampın səfəri ilə bağlı danışıqlar aparılır
- 12.02.2026 [17:56]
İŞİD məhbuslarının Suriyadan İraqa köçürülməsi prosesi yekunlaşıb
- 12.02.2026 [16:40]
Banqladeşdə parlament seçkisi baş tutub
- 12.02.2026 [16:23]