Bakı və Əbu-Dabi arasında şəhər nəqliyyatının inkişafı sahəsində əməkdaşlıq müzakirə olunub
Bakı, 12 fevral, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Əbu-Dabi Əmirliyinin Bələdiyyələr və nəqliyyat departamentinin sədri Məhəmməd Əli Əl-Şorafanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Əbu-Dabi və Azərbaycan arasında şəhər nəqliyyatının inkişafı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Bakı şəhərində həyata keçirilən nəqliyyatın optimallaşdırılması tədbirləri, yeni elektrikli avtobusların alınması, eləcə də mikromobillik və parklanma infrastrukturunun yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.02.2026 [16:53]
Hindistan və Çinin neftə tələbatının artması “qara qızıl”ı bahalaşdırıb
- 12.02.2026 [16:04]