Elmira Axundova: Hazırda yeni layihə üzərində çalışıram
Bakı, 12 fevral, Günel Alıyeva, foto İlqar Cəfərov, AZƏRTAC
10-15 il ərzində mən institutlarda və böyük təşkilatlarda çoxsaylı görüşlər keçirmişəm, müxtəlif ədəbi tədbirlərdə iştirak etmişəm. Lakin bugünkü format xüsusidir və mənim üçün ilk dəfədir. Görüşə məşhur yazıçılar və rəsmi qonaqlar deyil, adi oxucular dəvət olunub.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Bakıda yaradıcılıq gecəsi keçirilən Xalq yazıçısı Elmira Axundova bildirib.
“Bu gün mən adi oxucuları - müəllifi ilə görüşmək, canlı sual vermək və vacib bir şey demək istəyənləri dəvət etdim. Çoxlarının kitablara və dövri nəşrlərə marağının itdiyi dövrdə bu gün bu qədər insanın bura gəlməsi xüsusilə dəyərlidir”, - deyə həmsöhbətimiz vurğulayıb.
O, həmçinin tədbirin ideyası və təşkilatçılığına görə Bakının Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədovaya, eləcə də, Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Nəzrin Dadaşovaya təşəkkürünü bildirib.
Xalq yazıçısının sözlərinə görə, o, görüşə çoxlu kitab gətirib və onları oxucularına hədiyyə edib: “Mənim üçün bu görüş həm yekun, həm də hesabatdır ki, son 15-20 ildə nəyə nail oldum. Həqiqətən də çox şey yazılıb, mənim kitablarım müxtəlif dillərdə nəşr olunub. Onlar əsasən Ümummilli Liderimiz Heydər Əliyevə həsr olunub. Bu kitablar alınır, oxunur, əks-səda doğurur və bu, mənim üçün çox vacibdir”.
Planlarından danışarkən o, 2-3 il ərzində başa çatması gözlənilən yeni layihə üzərində çalışdığını vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.02.2026 [16:34]
Xalq yazıçısı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirilib VİDEO
- 12.02.2026 [16:28]
Azərbaycanın işgüzar və lüks turizm potensialı BƏƏ-də tanıdılıb
- 12.02.2026 [16:20]
Gənc yazıçı: İlk romanıma hələ ad qoymamışam VİDEO
- 12.02.2026 [15:25]