İŞİD məhbuslarının Suriyadan İraqa köçürülməsi prosesi yekunlaşıb
Qahirə, 12 fevral, AZƏRTAC
Bu gün Suriyada saxlanılan İŞİD terror təşkilatından olan məhbusların son qrupu İraqa köçürülür. Onlar Bağdadda ciddi mühafizə olunan həbsxanalarda saxlanılacaqlar.
AZƏRTAC xəbər verir ki, bunu İraqın ədliyyə naziri Xalid Şəvani bu gün yerli televiziyaya müsahibəsində deyib.
Nazir əlavə edib ki, məhbuslar terrorçular üçün hazırlanmış həbsxanalarda yerləşdiriləcəklər. O, həmçinin qeyd edib ki, gətirilənlər arasında terror təşkilatının komandirləri, “əmirləri” kimi çox təhlükəli məhbuslar var. Buna görə də onlar ciddi təhlükəsizlik tədbirləri altında olan həbsxanalarda qalacaqlar.
Bildirilir ki, fevralın 11-dək Suriyadan beş min məhbusun köçürülməsi artıq yekunlaşıb. Ümumilikdə yeddi min məhbusun gətirilməsi planlaşdırılır. Qeyd olunur ki, məhbuslar arasında 60 ölkənin vətəndaşları var.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]