® "AtaBank" iki nominasiya üzrə mükafata layiq görülüb
2018-ci il dekabrın 19-da "JW Marriott Absheron Baku" otelində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə "Bankçılıq Mükafatları - 2018" tədbiri keçirilib. Bankların il ərzində fəaliyyəti təhlil edilərək 2018-ci il üzrə bankçılıq mükafatlarının qalibləri müəyyənləşdirilib.
Bu il ərzində sosial, təhsil, maliyyə savadlılığı sahəsində mühüm addımlar atmış "AtaBank" aşağıdakı nominasiyalar üzrə qalib seçilib: "Korporativ sosial məsuliyyət", "Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi".
Bankın ilk nominasiya üzrə qalib gəlməyində "Gələcəyimizi indidən düşünək" layihəsinin böyük rolu var.
Həmçinin "AtaBank"ın Risk Menecmenti departamentinin direktoru Elman Sadıqovun bu sahədə ilboyu ərsəyə gətirdiyi dəyərli araşdırmaları da diqqətə layiq görülüb.
Mükafatlandırılma mərasimində 2018-ci ildə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələrinin, eləcə də təhsil və maliyyə savadlılığının dəstəklənməsi tədbirlərinin reallaşdırıldığı qeyd edilib.
Bank Yeni ildə də "Korporativ Sosial Məsuliyyət" proqramı çərçivəsində valideyn himayəsindən məhrum uşaqlar üçün idman, mədəniyyət və təhsil sahəsinin dəstəklənməsi istiqamətində layihələr həyata keçirəcək.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]