® “Azercell Telekom” MMC “Bakı Marafonu - 2023”-ün eksklüziv tərəfdaşıdır
May ayının 7-də Heydər Əliyev Fondunun təşəbbüsü, “Azercell Telekom” MMC-nin eksklüziv tərəfdaşlığı ilə ölkəmizin mühüm idman tədbirlərindən biri olan “Bakı Marafonu - 2023” keçiriləcək.
İdmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyan bu marafon həm Azərbaycandan, həm də dünyanın fərqli ölkələrindən minlərlə idmansevəri bir araya gətirəcək. “Küləyə qalib gəl” şüarı altında keçiriləcək marafon 21 kilometr məsafəni əhatə edir. Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olacaq.
“Azercell”in dəstəyilə keçirilən marafonda yarış nəticələrinin maksimal dəqiqliyini təmin etmək və qalibləri müəyyənləşdirmək üçün rəqəmsal xronometrdən (timekeeper) istifadə olunacaq. Bunun üçün marafonçuların nişan nömrələrinə xüsusi mikroçiplər yerləşdiriləcək və nəticələr dərhal qeydə alınacaq. Yarışa qatılmaq üçün 18 yaşdan yuxarı şəxslər may ayının 1-dək “Gənclik Mall”, “28 Mall” və “Dəniz Mall”da quraşdırılmış xüsusi qeydiyyat məntəqələrinə, həmçinin www.marathon.az saytına müraciət edə bilərlər (ətraflı: www.marathon.az).
Qeyd edək ki, “Azercell Telekom” MMC 2017-ci ildən etibarən “Bakı Marafonu”nun baş sponsoru qismində çıxış edir. Bu il də ənənəvi olaraq marafonda “Azercell Telekom” MMC-nin rəhbər heyəti, şirkətin əməkdaşları və korporativ abunəçiləri də iştirak edəcək.
“Azercell” hər kəsi “Bakı Marafonu”na qatılmağa dəvət edir və bütün iştirakçılara uğurlar arzu edir!
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]
Milli domen adlarında Azərbaycan hərflərindən istifadə olunacaq
Birjalarda neft bahalaşıb
- [10:10]
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:12]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [21:11]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [20:33]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [20:00]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [19:49]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:27]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:16]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [19:10]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [18:58]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [18:53]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
- 05.10.2026 [18:43]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [18:23]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:21]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
- 05.10.2026 [18:14]
Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb
- 05.10.2026 [18:12]
Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir
- 05.10.2026 [18:03]
Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir
- 05.10.2026 [18:01]