® “Azercell”dən “GəncOL8” tarif paketinə qoşulan abunəçilərinə hədiyyəli internet
Endirimli tarif paketləri, unikal xidmətləri və sərfəli kampaniyalarla yay ayları ərzində hər kəsi sevindirən Azərbaycan rabitə bazarının lider mobil operatoru “Azercell Telekom” dərs ilinin başlanması ilə əlaqədar abunəçilərinə yeniliklər vəd edir. Sentyabrın 12-dən dekabrın 15-dək keçiriləcək yeni kampaniya çərçivəsində “GəncOL8” tarifinə qoşulan hər kəs “Azercell”dən aylıq 1giqabayt hədiyyə əldə edəcək. Abunəçilər bu pulsuz internet paketindən ayda 1 dəfə olmaqla, növbəti 3 ayda yararlana biləcəklər. “GəncOL8” tarif paketinə qoşulmaq üçün SimSim abunəçiləri G8 yazıb 7575-ə göndərməlidir. Beləliklə, ayda cəmi 8 AZN ödəyib “GəncOL8” tarif paketinə qoşulmaqla abunəçilər 4 giqabayt əvəzinə 5 giqabayt internet, üstəlik, “GəncOL” abunəçiləri arasında 400 pulsuz dəqiqə, şəbəkədaxili 400 pulsuz sms əldə edəcək.
“Gənc OL8” tarifinin üstünlükləri bununla bitmir. Bu tarifə qoşulmaqla “Azercell” müştəriləri sərfəli tarifdən yararlanmaqla yanaşı, müxtəlif endirimlər və kampaniyalardan da faydalana bilər. Hazırda “GəncOL” paketi ilə abunəçilər 200-dən çox məkanda çox sərfəli endirimlərdən yararlanırlar. Hər gün yenilənən endirim siyahısı ilə abunəçilər www.gencol.az portalına daxil olaraq tanış ola bilər. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.