® “Bakcell” rouminqdə “WhatsApp”ı pulsuz edib
Bakı, 29 may, AZƏRTAC
3 AZN-dən başlayan qiymətə 40-dan çox ölkədə bol-bol meqabayt və pulsuz “WhatsApp”
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti rouminq xidmətlərini abunəçilərə daha əlçatan və sərfəli etmək məqsədilə yeni rouminq paketlərini təqdim edib. Yeni paketlər sayəsində müştərilər xarici ölkələrə səyahət edərkən öz ailə üzvləri və yaxınları ilə ünsiyyətdə qala biləcəklər.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Bakcell”in yeni “Rouminqdə İnternet” paketləri səyahət zamanı internetdən çox istifadə edən müştərilərin ürəyincə olacaq. Türkiyə, Gürcüstan, Rusiya, Almaniya və digər 40-dan çox ölkədə təqdim olunan bu paketlər sayəsində “Wi-Fi” axtarmağa və ya yerli operatorun SİM-kartını almağa ehtiyac qalmadı. “Bakcell” abunəçiləri gündəlik, həftəlik və ya aylıq “Rouminqdə İnternet” paketlərindən birini əldə edib öz səyahət təəssüratlarını “Facebook”, “Instagram” və digər sosial şəbəkələrdə istədikləri qədər paylaşa biləcəklər. Bundan əlavə, “Rouminqdə İnternet” paketlərin istifadəçiləri “WhatsApp”dan tam olaraq pulsuz istifadə edəcəklər (mətn və zənglər üçün):
Paket Trafik həcmi Qiyməti
Gündəlik 100 MB + Pulsuz WhatsApp 3 AZN
Həftəlik 1000 MB + Pulsuz WhatsApp 20 AZN
Aylıq 2000 MB + Pulsuz WhatsApp 30 AZN
“Bakcell”in yeni gündəlik, həftəlik və aylıq “Rouminqdə hamısı daxil” paketləri isə xaricdə olarkən bol meqabaytlar, çoxlu dəqiqə və SMS-lər sayəsində sərfəli qiymətə tam ünsiyyət sərbəstliyini təmin edir:
Paket Trafik, dəqiqə və SMS Qiyməti
Gündəlik “Rouminqdə hamısı daxil” 100 MB +10 dəq. + 10 SMS 5 AZN
Həftəlik “Rouminqdə hamısı daxil” 500 MB + 50 dəq. + 50 SMS 20 AZN
Aylıq “Rouminqdə hamısı daxil” 1000 MB + 100 dəq. + 100 SMS 30 AZN
“Rouminqdə hamısı daxil” paketləri 19 ölkədə təqdim olunmaqla, abunəçilərə öz yaxınları ilə tətil və səyahət həyəcanını və təəssüratlarını bölüşməyə imkan verir.
Yeni Rouminq paketləri vasitəsilə “Bakcell” abunəçiləri səyahət zamanı heç bir məhdudiyyət və məsafə hiss etməyəcəklər. Şirkət müasir rabitə xidmətləri istifadəçilərinin tələb və ehtiyaclarını qarşılamaq məqsədilə innovativ həllər təklif etməyə davam edəcək.
“Bakcell”in təklif etdiyi rouminq xidmətləri barədə daha ətraflı məlumat “www.bakcell.com” səhifəsində təqdim olunur.