® “Bakcell” şirkətinin “Ulduzum” proqramının partnyor sayı 300-ü keçib
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti böyük məmnuniyyətlə elan edir ki, şirkətin “Ulduzum” loyallıq proqramı çərçivəsində abunəçilərə endirim və əlavə fürsətlər təqdim edən tərəfdaşların sayı 300-ü keçib.
Qeyd edək ki, öz abunəçilərini eksklüziv endirim və üstünlüklərlə təmin etmək məqsədilə “Bakcell” ölkənin ən genişmiqyaslı loyallıq proqramlarından birini həyata keçirir. “Ulduzum” proqramı artıq 300-dən çox tərəfdaş vasitəsilə “Bakcell” abunəçilərinə 500-dən artıq satış və xidmət nöqtəsində yüzlərlə maraqlı təklifdən yararlanmaq imkanı yaradır. Proqramın geniş tərəfdaş şəbəkəsinə populyar restoranlar və geyim dükanları, aparıcı kinoteatrlar, elektronika dükanları, tibbi, gözəllik, idman və əyləncə mərkəzləri, banklar, kabel televiziyaları, taksi və beynəlxalq çatdırılma xidmətləri və hətta aviaşirkətlər daxildir.
“Bakcell” 2 il bundan əvvəl özünün “Ulduzum” loyallıq proqramının tərəfdaş siyahısına Türk Hava Yollarının “Miles & Smiles” proqramını daxil edən ilk şirkətlərdən olub. Belə ki, “Ulduzum” istifadəçiləri mobil rabitə xidmətlərinə xərclənən hər 1 manata 3 milə qədər qazanmaq imkanına malikdirlər.
“Bakcell” şirkətinin həyata keçirdiyi “Ulduzum” loyallıq proqramının əsas məqsədi abunəçilərə təkcə endirim və üstünlüklər təqdim etmək yox, onların gündəlik həyatına rahatlıq gətirmək, eyni zamanda loyallıq, etibar və şəffaflıq üzərində qurulmuş münasibətləri möhkəmləndirməkdir.
Hər bir “Bakcell” abunəçisi “Ulduzum” proqramından yararlana bilər. Xüsusi təklif və eksklüziv endirimlərdən faydalanmaq üçün abunəçi xüsusi mobil tətbiqetmə vasitəsilə, telefonda *5555#YES kodunu yığmaqla və yaxud * işarəsini 5555 nömrəsinə SMS vasitəsilə göndərməklə “Ulduzum” kodunu əldə etməlidir. Əldə olunmuş kod alış-veriş və yaxud xidmətlərin ödənilməsi zamanı təqdim edilməlidir. Proqram barədə ətraflı məlumat üçün “www.ulduzum.az” səhifəsinə daxil olun.