İQTİSADİYYAT
® “Coca-Cola”nın “Yeni İl Karvanı”nın Azərbaycan səfəri başlayıb










Dünyanın sevilən içki brendi olan “Coca-Cola”nın məşhur “Yeni İl Karvanı” bu il də Azərbaycanda səfərdədir. Karvan öz əyləncəli şousu ilə Gəncə, Qəbələ, İsmayıllı, Lənkəran, Sumqayıt və Bakı sakinlərinin bayram sevincinə həyəcan qatır.
Karvan 25 dekabr Gəncə, dekabrın 26-da Qəbələ, dekabrın 27-də İsmayıllı, dekabrın 28-də Lənkəran şəhərlərinə səfər edib. Karvanın növbəti dayanacaqları Sumqayıt və Bakı şəhərləri olacaq. Belə ki, Karvan dekabrın 29-da Sumqayıt, dekabrın 30-da Bakı şəhər sakinlərinin görüşünə gələcək.
“Coca-Cola” şirkətinin Avrasiya regionu üzrə ictimaiyyətlə əlaqələr direktoru Elşad Fərzəliyev bildirib ki, şirkətin bu il Yeni İlə həsr edilən kampaniyasının əsas mövzusu xeyirxahlıqdır: “Hər il olduğu kimi, bu il də “Coca-Cola” Yeni İl Karvanı ilə insanlara xoşbəxt anlar bəxş edir. Yeni İl Karvanı ilə insanlara xeyirxahlıq mesajını yenidən xatırladır. İnanırıq ki, Karvan insanlara xoş anlar, əyləncə, sevinc bəxş edəcək. Fürsətdən istifadə edib Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə də təbrik edirəm”.
Bildirək ki, “Coca-Cola”nın Yeni İl kampaniyası bununla bitmir. Şirkət Nərgiz Fondunun təşkilatçılığı ilə keçirilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının da tərəfdaşlarındandır. “Coca-Cola” “Şaxta Babanın evi” və ikonik şam ağacı ilə yarmarkaya xüsusi rəng qatır.
Xatırladaq ki, 1920-ci ildə “Coca-Cola” ilk dəfə olaraq Yeni İl bayramına həsr edilmiş reklam kampaniyasına başlayıb və uzun illərdir Yeni İl “Coca-Cola” üçün xüsusi önəm daşıyır və şirkət fəaliyyət göstərdiyi ölkələrdə bayram ərəfəsində bir sıra kampaniyalar və layihələr həyata keçirir. “Coca-Cola” Azərbaycanda da hər il Yeni İl üçün bir-birindən möhtəşəm kampaniyalar gerçəkləşdirir.