Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Qətər azərbaycanlı turistlər üçün daha əlçatan oldu – FOTO

®  Qətər azərbaycanlı turistlər üçün daha əlçatan oldu –  FOTO

Qətər gözəl qumsal çimərlikləri, dəbdəbəli hotelləri, geniş şopinq imkanı və sıx tədbirlər təqvimi ilə yeni, lakin şübhəsiz ki, diqqətəlayiq bir turizm istiqamətidir.

Bu istiqamət əla çimərlik istirahəti və əyləncə infrastrukturu sayəsində ailələri və gəncləri cəlb edir. Bu məqalədə sizə Qətərdə nələri görə biləcəyiniz və nə edə biləcəyiniz, hətta qısa tətil müddətində belə bu ölkənin hansı heyrətamiz cəhətlərini kəşf edə biləcəyiniz və bu səfərdən hansı xatirələrlə qayıdacağınız barədə söhbət açacağıq.

Əvvəlcədən qeyd edək ki, Qətər dünyanın 10 ən təhlükəsiz ölkəsindən biridir və Azərbaycan vətəndaşlarının bu ölkəyə səfər etməsi üçün viza tələb olunmur. Ölkələr arasında viza rejimi 2021-ci ilin dekabrında ləğv edilib və bu, səyahətçilərə həm sərbəst hərəkət etməyə, həm də viza alınması ilə bağlı çətinlikləri aradan qaldırmağa imkan verib. Bundan əlavə, 10 dekabr 2023-cü il tarixində “Kazunion Touroperator Azerbaijan by Rustar” şirkəti ilə AZAL arasında əməkdaşlıq çərçivəsində Bakıdan Dohaya birbaşa reys açılıb ki, bu da turistlər üçün əhəmiyyətli üstünlüklər yaradır, maksimum rahatlığı təmin edir və vaxta qənaət etməyə imkan verir.

Qətər istənilən növ səyahətçilərə sərfəli qiymətlərlə fərqli təəssüratlar yaşamağa imkanı verir. Bu, “Rustar” şirkətlər qrupuna daxil olan “Kazunion” turoperatoru sayəsində mümkün olub. 2009-cu ildən turizm bazarında yer alan “Kazunion” BƏƏ, Qətər, Azərbaycan, Gürcüstan, Maldiv adaları, Antalya, İstanbul, Seyşel adaları və Qazaxıstanda fəaliyyət göstərən aparıcı şirkətdir.

“Kazunion Touroperator Azerbaijan by Rustar” şirkətinin 2023-cü ilin may ayında Bakıda açılan baş ofisi ölkə xaricində də fəal iş aparır. Şirkətin Qazaxıstan, Özbəkistan, Rusiya və Qırğızıstanda nümayəndəlikləri fəaliyyət göstərir. Yuxarıda qeyd edildiyi kimi dekabr ayının əvvəlində AZAL-ın Qətərə ilk çarter reysi baş tutdu. Bu ölkəyə səyahət aviabilet, hotel, səhər yeməyi, qrup transferi və sığorta daxil olmaqla, 548 AZN-dən başlayan inanılmaz sərfəli qiymətlərlə (qiymət iki nəfərlik otaqda bir nəfər üçün nəzərdə tutulub) təklif olunur. Qətərə sizi maraqlandıran tur paketlərini Bakının istənilən turizm agentliyindən əldə edə bilərsiniz.

İndi isə gəlin Qətərin turizm imkanları ilə tanış olaq. Başlayaq Dohanın gözəl qumsal çimərliklərindən - dəbdəbəli hotellərin təmiz və səliqəli çimərlikləri ailəvi istirahət üçün geniş xidmətlər təklif edir. Hotellərin fərqləndirici xüsusiyyəti burada yüksək səviyyəli xidmət, ləziz təamların təklif olunduğu restoranlar, üzgüçülük hovuzları, SPA və fitnes klubları kimi dəbdəbənin sərfəli qiymətlərlə əlçatan olmasındadır.

Səliqəli hovuzları olan və yüksək səviyyəli xidmət göstərilən çoxsaylı çimərlik klublarını da xüsusilə qeyd etmək lazımdır. Burada sizi təkcə dəbdəbəli şərait və rahat atmosfer deyil, həm də maraqlı su idman növlərindən tutmuş hərarətli DJ musiqisinə qədər ailəvi istirahət üçün çoxsaylı əyləncə növləri gözləyir.

Qətər əyləncəli ailəvi istirahət üçün ideal ölkədir. Dohadakı hotellər uşaqlar üçün lazım olan hər şeyi təmin edir: uşaq klubları, oyun meydançaları, üzgüçülük hovuzları və müxtəlif öyrədici oyunlar. Uşaqlar üçün əyləncə məkanları təkcə hotellərin daxili ilə məhdudlaşmır. Dünyada ilk “Angry Birds World” əyləncə parkı, “Snow Dunes” qapalı qar parkı, yeni açılmış “Meryal Waterpark” - çoxsaylı maraqlı attraksionların olduğu Qətərin ən böyük su parkı uşaqlar üçün bol əyləncə vəd edir.

Bundan başqa, Dohada turistləri Səudiyyə Ərəbistanı ilə sərhədin yaxınlığında, səhranın qızılı qumları arasında yerləşən və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş təbiət möcüzəsi - unikal Khor Al Adaid “daxili dəniz”i və hündür səhra təpələri ilə maraqlı cip turları cəlb edir. Ölkənin kiçik olması 1,5 saatdan çox olmayan məsafədə ekskursiyalar təşkil etməyə imkan verir ki, bu da yorucu olmamaqla yanaşı, həm də uşaqlı ailələr üçün idealdır.

Qətər dedikdə gözümüzün önündə təkcə istirahət deyil, həm zəngin tarixə malik ölkə canlanır. Dövrümüzün dahi memarı Yu Min Peyin layihələndirdiyi İslam İncəsənəti Muzeyi dünyanın müxtəlif yerlərindən eksponatların kolleksiyasını təqdim edir. Qətərdə belə muzeylərin sayı az deyil, bu isə təkcə gözəl memarlıq nümunələrindən deyil, həm də mədəni irsin zənginliyindən həzz almağa imkan yaradır.

Qətərdə tətil planlaşdırarkən, bu keçiddən istifadə etməklə qarşıdan gələn tədbirlərin təqvimi ilə tanış olmağı unutmayın - məsələn, yanvarın 1-dən yanvarın 22-dək Qətərdə ölkənin ən böyük alış-veriş festivalı keçiriləcək. Bir neçə ticarət mərkəzini əhatə edəcək festival çərçivəsində ziyarətçilər həm cəlbedici endirimlərdən yararlanacaq, həm də əyləncə proqramından zövq almaq və hər həftə keçiriləcək uduşlu müsabiqələrdə iştirak etmək imkanı əldə edəcəklər.

Fevralın 1-dən 11-dək isə qonaqlar Qətər Beynəlxalq Ərəb Atları Festivalı (KIAHF) çərçivəsində keçiriləcək at yarışlarına tamaşa edə biləcəklər. Fevralın 5-dən 10-dək turistlər “Doha Jewellery and Watches Exhibition” sərgisini ziyarət etmək imkanı qazanacaqlar. Sayca 20-ci yubiley sərgisində dünyanın hər yerindən eksklüziv zinət əşyaları nümayiş etdiriləcək.

Gördüyünüz kimi, istər tarix, istər memarlıq şedevrləri, istər müxtəlif muzeylər, istərsə də səhrada maraqlı sərgüzəştlər, bir sözlə, Qətərdə hər bir turist özünə uyğun nəsə tapacaq.

Qətərə səfərinizin heyrətamiz təəssüratlar və unudulmaz anlarla yadda qalmasını arzu edirik!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib